logo

“TikTok”da narkotik vasitələri təbliğ edən Masallı rayon sakini həbs edilib

16:15 20-07-2021 | icon 1757
“TikTok”da narkotik vasitələri təbliğ edən Masallı rayon sakini həbs edilib

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata əsasən, Ş.Nuri ilə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Onun “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.