logo

İrakli Qaribaşvili ölkə müsəlmanlarının Qurban bayramını təbrik edib

15:20 20-07-2021 | icon 2100
İrakli Qaribaşvili ölkə müsəlmanlarının Qurban bayramını təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İrakli Qaribaşvili Qurban bayramının sevgi, dəstək, yardım və xeyirxahlıq bayramı olduğunu qeyd edib.

Gürcüstanın müsəlman icmasını cəmiyyətin ayrılmaz hissəsi adlandıran hökumət başçısı deyib: "Siz gündəlik əməyiniz və vətənə sadiqliyiniz ilə vətənimizin inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz. Bayramınıza qoşularaq sizə və ailələrinizə firavanlıq, mənəvi rahatlıq və xoşbəxtlik arzu edirəm”.