logo

Güləşçimiz zədə səbəbindən Tokio Olimpiadasında iştirak etməyəcək

13:11 20-07-2021 | icon 2975
Güləşçimiz zədə səbəbindən Tokio Olimpiadasında iştirak etməyəcək

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından(AGF) bildirilib. Qeyd edilib ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı zədə səbəbindən olimpiadanı buraxacaq.

O, zədəsini sağaltmaq üzrə olsa da, uzun müddət məşqləri buraxdığı üçün yarışa yollanmayacaq.

Federasiya Hacıyevin əvəzinə Turan Bayramovun "Tokio-2020"də iştirakı üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.

Qurum müraciətə müsbət cavab veriləcəyini gözləyir.

Qeyd edək ki, ötən ildən təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.