logo

Salyanda 5 şadlıq sarayı karantin qaydalarını  pozub

19:13 19-07-2021 | icon 1722
Salyanda 5 şadlıq sarayı karantin qaydalarını  pozub

Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən beş şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkar olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. Qeyd edilib ki,  tədbirlər zamanı “Ceyran”, “Qardaşlar”, “Karvan”, “Tut ağacı” və “Azəri” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.