logo

Ceyhun Bayramov Pakistan xalqına başsağlığı verib

16:13 19-07-2021 | icon 2786
Ceyhun Bayramov Pakistan xalqına başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası nəticəsində həyatını itirənlərlə əlaqədar Pakistan xalqına başsağlığı verib.

 YeniAvropa xəbər verir ki,  nazir C.Bayramovun "Twitter" hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Allah qəzada həlak olanlara rəhmət etsin, yaralılara isə tezliklə şəfa versin. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk”.

Qeyd edək ki, Pakistanın Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.