logo

Lənkəranda "pati" satan 4 nəfər saxlanılıb

12:15 19-07-2021 | icon 1743
Lənkəranda "pati" satan 4 nəfər saxlanılıb

Lənkəran şəhər-rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan daha dörd nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, şöbənin Liman polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Mirzəyev Liman şəhəri ərazisində heroin satarkən saxlanılıb. Onun üzərindən əlavə olaraq 4 bükümdə metamfetamin, elektron tərəzi aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə R.Mirzəyevə həmin psixotrop maddəni Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Kəlbizadənin satdığı müəyyən olunub. Ə.Kəlbizadənin yaşadığı evin zirzəmisindən 1 kiloqram 43 qram heroin, “patı”, “şüşə” kimi tanınan 512 qram metamfetamin aşkarlanıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rakif Əliyev və Vaqif Mirzəyev saxlanılıblar. Onların üzərindən satış məqsədilə saxladıqları 14 bükümdə heroin və metamfetamin, elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.