logo

Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

10:11 19-07-2021 | icon 2149
Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri Samirə Məmmədova və atası İntiqam Əliyevlə görüşüb.

YeniAvropa xəbər verir ki, Q.Paşayeva şəhidin həyat və döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Q.Paşayeva ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi uğuru böyük tarixi hadisə olaraq şərh edib, bu hadisəni bizə yaşadan şəhidlərin ruhuna hər bizimizin dərin ehtiram bəslədiyini söyləyib: “Bu ehtiramın ən yüksək örnəyini ali dövlət rəhbərliyimiz göstərir. Biz deputatlar, məmurlar və başqaları da həmin örnəyi özümüz üçün əsas bilirik. Xahiş edirəm, bizim salamlarımızı bütün doğmalarınıza çatdırasınız. Hər zaman yanınızdayıq”.

Komitə sədri şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.