logo

Azərbaycanda daha 255 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

18:18 18-07-2021 | icon 2975
Azərbaycanda daha 255 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib. 2 152 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.