logo

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib

20:29 17-07-2021 | icon 1701
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşıladılar.