logo

Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, 10-dan çox yaralı var

19:34 17-07-2021 | icon 644
Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, 10-dan çox yaralı var

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

 YeniAvropa xəbər verir ki, hadisə nəticəsində 10-dan çox hərbçi xəsarət alıb.

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.