logo

İlham Əliyev AFR prezidentinə və Belçika kralına başsağlığı verib

18:08 17-07-2021 | icon 1813
İlham Əliyev AFR prezidentinə və Belçika kralına başsağlığı verib

Prezident İlham Əliyev iyulun 17-də Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayerə və Belçika kralı Flipə başsağlığı teleqramları göndərib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Almaniyada və Belçikada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərlərdən olduqca kədərləndiyini ifadə edib.

Prezidenti İlham Əliyev bu faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə və kral Flipə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına və Belçika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.