logo

SOCAR: Dəniz özüllərinin heç birində qəza baş verməyib

17:07 17-07-2021 | icon 2814
SOCAR: Dəniz özüllərinin heç birində qəza baş verməyib

SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib.

 YeniAvropa xəbər verir ki, , bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib. İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib”, - deyə o, qeyd edib.