logo

Dünya çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib

16:51 17-07-2021 | icon 2429
Dünya çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib

İyulun 19-dan 25-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.

 YeniAvropa xəbər verir ki, mundialın ilk 3 günündə sərbəst güləş üzrə yarışlar baş tutacaq. Çempionatda ölkəmizi təmsil edəcək millimiz iyulun 17-də Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıblar.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.