logo

Prezident Azərbaycanla Türkiyə arasındakı pilotaj təlimi haqda sazişi təsdiqlədi

16:27 17-07-2021 | icon 1645
Prezident Azərbaycanla Türkiyə arasındakı pilotaj təlimi haqda sazişi təsdiqlədi

Prezident İlham Əliyev iyulun 17-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

"1. 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin".