logo

Hakimlərimiz UEFA Konfrans Liqasının oyununa təyinat alıblar

13:27 17-07-2021 | icon 2387
Hakimlərimiz UEFA Konfrans Liqasının oyununa təyinat alıblar

Azərbaycanlı futbol hakimi Rauf Cabbarov yeni oyuna təyinat alıb.

YeniAvropa xəbər verir ki, o, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Teuta” və Andorranın “İnter” komandaları arasında iyulun 22-də keçiriləcək oyunun baş hakimi olacaq.

R.Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.