logo

Avropa İttifaqı 2030-cu ilədək bərpa olunan enerji payını 40 %-ə çatdıracaq

19:29 16-07-2021 | icon 2121
Avropa İttifaqı 2030-cu ilədək bərpa olunan enerji payını 40 %-ə çatdıracaq

Avropa İttifaqı (Aİ) Komissiyası 2030-cu ilə qədər karbon emissiyalarını ən az 55 faiz azaltmağı, 2050-ci ilədək isə sıfıra endirməyi hədəfləyir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Aİ-yə görə, iqlim hədəflərinə çatmaq üçün iqtisadi və sosial transformasiya tələb olunur.

Avrokomissiya 2030-cu ilə qədər karbon emissiyalarını ən az 55 faiz azaltmağı, 2050-ci ilədək sıfıra endirməyi hədəfləyir. 2030-cu ilədək Aİ ölkələrində bərpa olunan enerji payının ümumi elektrik istehsalında 40 faizə çatdırılması planlaşdırılır.

Komissiya tərəfindən yayımlanan enerji, nəqliyyat, iqlim və vergi sahələrində karbon emissiyalarının azaldılması hədəflərinə dair yol xəritəsinə görə, emissiya ticarəti yeni sektorlara da tətbiq edilməlidir.

Aİ Emissiyaları Ticarət Sisteminin daha funksional hala gətirilməsi, bərpa olunan enerjidən istifadənin artırılması və enerji səmərəliliyinin artırılması və az emissiyalı nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsini planlaşdırır. Aİ büdcəsindəki əsas iqlim xərclərini tamamlamaq üçün üzv dövlətlər bütün emissiya ticarət gəlirlərini iqlim və enerji ilə əlaqəli layihələrə xərcləyəcəklər.

Digər tərəfdən Avrokomissiya sərhəddə karbon qiymətləndirmə tətbiqinin 2025-ci ilə qədər tədricən və 2026-cı ildə davamlı olaraq həyata keçiriləcəyini açıqlayıb. Beləliklə, sement, dəmir polad, alüminium, gübrə və elektrik enerjisi sahələri üzrə ixrac məhsulları sərhəddə karbon vergisinə məruz qalacaq.