logo

Özbəkistan prezidenti Azərbaycan baş nazirinin müavinini qəbul edib

19:06 16-07-2021 | icon 1904
Özbəkistan prezidenti Azərbaycan baş nazirinin müavinini qəbul edib

Daşkənddə keçirilən “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, görüşdə Özbəkistanla Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivləri, ölkələrimiz arasında sıx dostluq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, həmçinin mədəni-humanitar mübadilə proqramlarının həyata keçirilməsi məsələləri barədə də danışılıb.

Görüşdə növbəti sammitə hazırlıq çərçivəsində Özbəkistan-Azərbaycan Birgə Əməkdaşlıq Komissiyasının və İşgüzar Şuranın yüksək səviyyədə iclasının keçirilməsi, birinci Regionlararası Forumun təşkili ilə bağlı razılıq əldə olunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də görüşdə iştirak edib.