logo

İlham Əliyev Pakistan,Tacikistan, Belarus və Qazaxıstana yeni səfirlər təyin etdi

18:46 16-07-2021 | icon 1897
İlham Əliyev Pakistan,Tacikistan, Belarus və Qazaxıstana yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev iyulun 16-da imzaladığı sərəncamlarla bir neçə ölkəyə yeni səfirlər təyin edib, əvvəlki diplomatları isə vəzifədən geri çağırıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Beləliklə, prezidentin bu gün imzaladığı sərəncamlarla: 

-Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib;

-Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib;

-Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib;

-Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib;

digər sərəncamlarla isə :

-Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb;

-Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb;

-Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb;

-Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.