logo

“Qarabağ” monteneqrolu müdafiəçi ilə heyətini gücləndirir

18:10 16-07-2021 | icon 2555
“Qarabağ” monteneqrolu müdafiəçi ilə heyətini gücləndirir

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

YeniAvropa klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ağdamlılar monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib.

“Köhlən atlar” 30 yaşlı oyunçunun keçidini video ilə açıqlayıb. Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Monteneqro millisinin formasını geyinən Marko Veşoviç ölkəsinin “Buduçnost”, Serbiyanın “Srvena Zvezda”, İtaliyanın “Torino”, Xorvatiyanın “Riyeka” komandalarında çıxış edib. Onun son klubu isə Polşanın “Legiya” komandası olub.