logo

Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı açıqlama yaydı

17:57 16-07-2021 | icon 1729
Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı açıqlama yaydı

Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı açıqlama yayıb/ 

Müdafiə Nazirliyi mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, iyulun 16-sı saat 10:00 və 13:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.