logo

Səfir:İranla Azərbaycan birgə traktor və avtobus istehsal edəcəklər

17:17 16-07-2021 | icon 3010
Səfir:İranla Azərbaycan birgə traktor və avtobus istehsal edəcəklər

Tezliklə İran ilə Azərbaycan birgə traktor və avtobus istehsalına başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.

O bildirib ki, iki qonşu və dost ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. "Bu əlaqələrin inkişafının nəticəsidir ki, tərəflərin razılaşması əsasında yaxın gələcəkdə birgə kənd təsərrüfatı texnikası və avtobus istehsalına başlanılacaq",-deyə səfir vurğulayıb.