logo

Azərbaycanda daha 169 nəfər koronavirusa yoluxdu

16:36 16-07-2021 | icon 2996
Azərbaycanda daha 169 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 92 nəfər müalicə olunaraq sağalıb, 169 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 337 min 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 112 nəfər müalicə olunaraq sağalıb, 4990 nəfər vəfat edib. Aktiv xəstə sayı 1868 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 894 min 683 test aparılıb. Bugünkü test sayı isə 8628-dir.