logo

Mərkəzi Bankda media nümayəndələri üçün təlim keçirilib

16:06 16-07-2021 | icon 2884
Mərkəzi Bankda media nümayəndələri üçün təlim keçirilib

 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, mesajların, hədəflərin və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılmasıməqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur.

YeniAvropa xəbər verir ki? bu prosesin davamı olaraq milli mətbuatın 146-cı il dönümü ərəfəsində, eləcə də yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrin reallaşmasına töhfə vermək məqsədilə iyulun 16-da Mərkəzi Bankda mətbuat nümayəndələri üçün növbəti təlim keçirilib. Təlim iştirakçılarına uzun illər ərzində mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənmiş strateji kommunikasiya çərçivəsinin konseptual təcrübəsi bazasında, xüsusən bankın fəaliyyətinin spesifikliyi, kreativlik və irsilik prinsiplərini rəhbər tutaraq 2021-2023-cü illər üçün hazırlanmış Mərkəzi Bankın yeni kommunikasiya strategiyası və əməliyyat çərçivəsi barədə məlumat verilib.

Daha sonra təlim iştirakçıları üçün “Mərkəzi Bank sosial şəbəkələrdə” mövzusunda təqdimat keçirilib, başlıca xarici hədəf qrupu olan media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, sosial şəbəkələrlə kommunikasiyanın üstünlükləri, jurnalistlərin maliyyə maariflənməsinin yüksəldilməsi məsələləri, eləcə də bu sahədə gözlənilən nəticələr barədə ətraflı danışılıb.

Bununla yanaşı, təlimdə “Ödəniş kartları və onlardan istifadənin üstünlükləri” mövzusunda da təqdimat olub, milli ödəniş sisteminin infrastrukturu, ödəniş əməliyyatının anatomiyası, ödəniş kartları ilə bağlı fırıldaqçılıq halları ilə mübarizə məsələləri barədə geniş məlumat verilib, rəqəmsal ödənişlərin imkan və faydaları media nümayəndələrinin diqqətinə çatdırılıb.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.