logo

Milli futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək

15:56 16-07-2021 | icon 2429
Milli futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək

Futbol üzrə Azərbaycanın milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə “Sabah”dan ayrılıb.

YeniAvropa klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçu bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin yüksək liqa təmsilçisi “Əl-Əyn” klubunda çıxış edəcək. Bu komandanı tanınmış ukraynalı mütəxəssis Sergey Rebrov çalışdırır.

Qeyd edək ki, müdafiəçi 2019-cu ildən “Sabah”da çıxış edirdi.