logo

Rusiyada göyərtəsində 17 nəfər olan "An-28" təyyarəsi radarlardan itib

14:28 16-07-2021 | icon 3171
Rusiyada göyərtəsində 17 nəfər olan "An-28" təyyarəsi radarlardan itib

Rusiyanın Tomsk vilayətinin Bakçarsk rayonunda göyərtəsində 17 nəfər olan "An-28" təyyarəsi ilə əlaqə kəsilib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, FHN-in vilayət dövlət idarəsindən təyyarədə 14 sərnişin və üç heyət üzvünün olduğunu bildiriblər. İdarə yerli vaxtla saat 13-də  Kedrovı-Tomsk marşrutu ilə uçan təyyarənin qəza mayakının işə düşdüyü barədə məlumat alıb.

Uçuşdan qabaq nasazlıq barədə informasiya daxil olmayıb.

"An-28" təyyarəsi “Sibir yüngül aviasiya” ASC-yə məxsusdur. Aviakompaniya təyyarənin radarlardan itdiyini təsdiqləyib.