logo

Prezident Şuşa şəhəri Dövlət Qoruğuna sədr təyin etdi

13:33 16-07-2021 | icon 1778
Prezident Şuşa şəhəri Dövlət Qoruğuna sədr təyin etdi

Prezident İlham Əliyev iyulun 16-da Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:  "Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilsin".