logo

Tərtərdə karantin rejimi qaydalarının pozulduğu toy məclisləri aşkar edilib

13:11 16-07-2021 | icon 1645
Tərtərdə karantin rejimi qaydalarının pozulduğu toy məclisləri aşkar edilib

Tərtər rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində iki fərdi evdə təşkil olunan toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya  bildiriblər ki, yoxlamalar zamanı Tərtər rayonunun Sarov və Köçərli kəndlərində yerləşən fərdi evlərdə keçirilən toy məclislərində müəyyənləşdirilmiş saydan artıq şəxsin toplaşdığı aşkarlanıb.

Həmin qayda pozuntuları ilə əlaqədar iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.