logo

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycana gələcək

11:56 16-07-2021 | icon 4879
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycana gələcək

Avropa İttifaqı(Aİ) Şurasının prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə  qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki,  Aİ Şurasının prezidenti iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkə rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə Aİ Şurasının prezidenti  Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına həsr olunan 17-ci Batumi Beynəlxalq Konfransında  iştirak edəcək.