logo

"Neftçi" fransalı futbolçunu transfer etdi:müdafiəsini gücləndirir

21:52 15-07-2021 | icon 2296
"Neftçi" fransalı futbolçunu transfer etdi:müdafiəsini gücləndirir

Yeni mövsümdə UEFA Çempionlar Liqasında çıxış edən "Neftçi” klubu fransalı futbolçu Romen Baskı transfer edib.

YeniAvropa  klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 2 il müddətinə müqavilə bağlanıb. O, yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək.

Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Son mövsümdə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suareş və Xəyal Nəcəfovu transfer edib.