logo

Bakı metrosunda həyəcanlı anlar-22 yaşlı gənc qatar yoluna yıxıldı

20:53 15-07-2021 | icon 2072
Bakı metrosunda həyəcanlı anlar-22 yaşlı gənc qatar yoluna yıxıldı

Bu gün saat 19.06-da metronun "Ulduz" stansiyasında həyəcanlı anlar yaşanıb. Belə ki, bir cavan oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə xəbəri "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov yayıb.

Onun sözlərinə görə, həmin an stansiyaya “Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin  22 yaşlı Şahlar Həsənov qatar yolundan çıxarılaraq təcili tibbi yardım stansiyasına təhvil verilib.