logo

Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirilib

21:13 15-07-2021 | icon 784
Anası narkotik qəbul edən uşaq sığınacağa yerləşdirilib

Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsindən məlumat verilib.

Qeyd olunub ki, komitəninin müraciəti əsasında, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları,rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçirilib.

Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Mənzildə olan azyaşlı isə uşaq sığınacağına yerləşdirilib.