logo

Yol Polisi Qurban bayramı ilə bağlı sürücülərə müraciət etdi

18:55 15-07-2021 | icon 1652
Yol Polisi Qurban bayramı ilə bağlı sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən YeniAvropa-ya bildirilib  ki, müraciətdə vətəndaşlara qurbanlıq üçün nəzərdə tutulan satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edib digər vətəndaşlar üçün narahatlığa səbəb olacaq hərəkətlər etməmək, pandemiya şəraitində müəyyənləşdirilmiş qaydalara əməl etmək tövsiyə olunub.

Eyni zamanda, bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobillərlə hərəkət edən sürücülərdən nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmaları, istirahət rejiminə və yol hərəkəti qaydalarına əməl etmələri bir daha xahiş edilib.