logo

“Dan ulduzu” restoranında 220 nəfərlik toy keçirildi

18:15 15-07-2021 | icon 455
“Dan ulduzu” restoranında 220 nəfərlik toy keçirildi

İyulun 14-də Gəncə şəhəri, Ş.İ.Xətai 65 ünvanında fəaliyyət göstərən “Dan ulduzu” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən YeniAvropa-ya bildirilib verilən məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 220 nəfərin iştirakı üçün nəzərdə tutulduğu aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.