logo

Türkiyənin “Bayraktar”ı artıq Ukrayna ordusunda 

17:54 15-07-2021 | icon 3437
Türkiyənin “Bayraktar”ı artıq Ukrayna ordusunda 

Türkiyə ilk “Bayraktar” pilotsuz hücum kompleksini Ukrayna Hərbi Dəniz Qüvvələrinə çatdırıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində yerləşdirilib.

“Hərbi Dəniz Donanması üçün nəzərdə tutulan ilk pilotsuz hücum kompleksi “Bayraktar TB2” Ukraynaya təhvil verilib. Kompleks son qəbul sınağından keçirilir”, - deyə qurumun məlumatında bildirilir.

Bu kompleks Qara dəniz və Azov dənizi sahillərinə və akvatoriyasına effektiv nəzarət etməyə imkan verəcək. O, həmçinin yüksək dəqiq silahlar vasitəsilə düşmənin suda və quruda yerləşən hədəflərinə vurmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Ukrayna, Türkiyədən “Roketsan” şirkətinin istehsal etdiyi MAM-L yüksək dəqiq aviasiya bombaları ilə təchiz edilməsi nəzərdə tutulan “Bayraktar TB2” pilotsuz təyyarələri alaraq onları sınaqdan keçirib. 2020-ci ilin oktyabr ayında Kiyev “Bayraktar TB2” aparatlarının Ukraynada müştərək istehsalına maraq göstərdiyini və 48 belə cihaz almağı planlaşdırdığını bildirib.