logo

Azərbaycan əhalisinin sayı 10 milyon 135 min nəfəri ötüb

12:34 15-07-2021 | icon 1561
Azərbaycan əhalisinin sayı 10 milyon 135 min nəfəri ötüb

İlin əvvəlindən ölkə əhalisinin sayı 16 min 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 135 min 272 nəfərə çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.