logo

Göygöl rayonunda 31 yaşlı mülki şəxs minaya düşərək öldü

11:28 15-07-2021 | icon 1477
Göygöl rayonunda 31 yaşlı mülki şəxs minaya düşərək öldü

İyulun 14-də saat 21.00 radələrində bir nəfərin Göygöl rayonu ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat verilib.

Göygöl rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındakı minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən “Bənövşəli yaylağı” adlanan ərazidə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.