logo

Qarabağda daha 7 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

22:10 14-07-2021 | icon 413
Qarabağda daha 7 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, erməni axtarış qrupları bu gün daha 7 erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.

Cəsədlər  Xocavənd  rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb.  Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1611-ya çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.