logo

Azərbaycan "Qarabağ"ın futbolçu xorvat Filip Ozobiçi milliləşdirdi

20:10 14-07-2021 | icon 2142
Azərbaycan "Qarabağ"ın futbolçu xorvat Filip Ozobiçi milliləşdirdi

Hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı iyulun 14-də FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.