Azərbaycanın üçüncü Könüllü Milli Hesabatının təqdimatı olub
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının himayəsi ilə Yüksək Səviyyəli Siyasi Forum keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində görülmüş işlər barədə Azərbaycanın üçüncü Könüllü Milli Hesabatının təqdimatı olub. Təqdimatı Azərbaycan hökuməti adından Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov edib.
Qeyd edək ki, Azərbaycan bu il dünyada 10 ölkədən biri olmaqla, regionda və MDB məkanında ilk dəfə Üçüncü Könüllü Milli Hesabat təqdim edir. BMT-nin müəyyən etdiyi tematik mövzuyua uyğun olaraq hazırlanmış hesabatda siyasət və maarifləndirmə işləri, 2030-cu il gündəliyinin icrasına pandemiyanın təsirləri və bu təsirlərin minimallaşdırılması tədbirləri, DİM-lər üzrə əldə olunan tərəqqi və sair əksini tapıb.
Hesabatın təqdimat zamanı Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, səhiyyə sisteminin gücləndirilməsi, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmin edilməsi, milli innovasiya sisteminin inkişafı istiqamətində atılmış addımlar barədə məlumat verib. Qeyd edilib ki, dayanıqlı inkişaf üzrə məlumatların toplanması və təhlili davamlı olaraq təkmilləşdiriləcək, DİM Maliyyələşdirmə Mexanizminin yaradılması kimi məsələlər diqqətdə saxlanılacaq.
Tədbirdə Dayanıqlı İnkişaf Platformasının həyata keçirilməsində sülhün və sabitliyin rolu vurğulanıb. 2020-ci ilin noyabrında Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatmasının regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmağa, Azərbaycanın və bütövlükdə, regionun inkişafına böyük təkan verəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, növbəti mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad olunmuş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulmasının, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışının təşkil edəcəyi bildirilib.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu