logo

İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışda iştirak edib

17:37 14-07-2021 | icon 1561
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışda iştirak edib

İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.

Qeyd edək ki, maraqlı memarlıq layihəsi olan yeni DOST Mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək.

Dost mərkəzlərinin daha bir əhəmiyyəti həssas təbəqədən olan vətəndaşlara dövlət qayğısını özündə əks etdirməsi ilə bağlıdır. Yaxın iki ay ərzində DOST Mərkəzində Prezident İlham Əliyevin bu ilin iyununda imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayacaq. Burada şəhid ailələrinə və qazilərə yeddi qurum üzrə 26 xidmət göstəriləcək, onların əlavə xərclərə və vaxt itkisinə yol vermədən bu xidmətlərə əlçatanlığı təmin ediləcək.