logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 688 mini ötüb

17:15 14-07-2021 | icon 2499
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 688 mini ötüb

İyulun 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 41 min 696 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 18 min 222, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 23 min 474 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 200 min 994-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 512 min 773, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 688 min 221 nəfərdir.