logo

Azərbaycanda daha 146 nəfər  koronavirusa yoluxdu

16:56 14-07-2021 | icon 2436
Azərbaycanda daha 146 nəfər  koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 73 nəfər müalicə olunaraq sağalıb, 146 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 337 min 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 946 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib. Aktiv xəstə sayı 1668 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 876 min 962 test aparılıb. Bugünkü test sayı isə 9046-dır.