logo

İlham Əliyev Kəmaləddin Heydərovu ordenlə təltif etdi

16:26 14-07-2021 | icon 1624
İlham Əliyev Kəmaləddin Heydərovu ordenlə təltif etdi

Prezident İlham Əliyev iyulun 14-də Kəmaləddin Heydərovun ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".