logo

Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiqləndi

15:58 14-07-2021 | icon 1547
Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev iyulun 14-də "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri.