logo

Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin yeni siyahısını dərc etdi

15:44 15-04-0005 | icon 980
Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin yeni siyahısını dərc etdi

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

YeniAvropa  nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbələri və doğum tarixləri haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı