logo

Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Anıtqəbiri ziyarət edib

12:58 14-07-2021 | icon 1484
Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Anıtqəbiri ziyarət edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

YeniAvropa xəbər verir ki, Azərbaycan parlamentariləri iyulun 14-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət ediblər.

Azərbaycan parlamenti adından Anıtqəbirin önünə əklil qoyulub.

Sonra burada yerləşən Qurtuluş Savaşı Muzeyi ilə tanışlıq olub.

Milli Məclisin komitə sədri Səməd Seyidov Anıtqəbirin xatirə kitabına ürək sözlərini yazıb.