logo

Bakıda öd daşından əməliyyat olunan kişi narkozdan öldü

11:24 14-07-2021 | icon 7574
Bakıda öd daşından əməliyyat olunan kişi narkozdan öldü

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə ölən şəxsin oğlu Vüsal Həsənov məlumat verib.

O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib: “Dünən səhər atam öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.

Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib: “Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”.