logo

Bakı gözəlliyi və mədəniyyəti ilə seçilən şəhərdir-Kaxa Kaladze

21:46 13-07-2021 | icon 3752
Bakı gözəlliyi və mədəniyyəti ilə seçilən şəhərdir-Kaxa Kaladze

Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb. Son vaxtlarda Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib.

 YeniAvropa xəbər verir ki, bu sözləri Bakıya səfərə gələn Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə verdiyi müsahibədə deyib.

Ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verildiyini söyləyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.

Gürcüstan paytaxtının meri, həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək, şəhərdə görülən quruculuq, yaşıllaşdırma və abadlıq işlərinə yüksək qiymət verib: “Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir”.