logo

Tokio Olimpiadasına vəsiqə sayımız Vətən müharibəsi günlərinin sayı qədərdir-44

19:15 13-07-2021 | icon 2408
Tokio Olimpiadasına vəsiqə sayımız Vətən müharibəsi günlərinin sayı qədərdir-44

Bu gün Azərbaycanı "Tokio-2020" Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, əvvəlcə tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

O bildirib ki, olimpiadaya 10 gün qalsa da, artıq nümayəndə heyətinin bəzi üzvləri Yaponiya paytaxtındadır.

Ç.Hüseynzadə idmançıların da Ordumuz kimi qələbələr qazanacağına əminlik ifadə edib: "Çox simvolik rəqəmlər var. Vətən müharibəsi də 44 gün davam etmişdi, vəsiqələrimizin sayı da 44 oldu. Bundan başqa, müstəqillik qazandıqdan sonra bizim üçün ilk sayılan Barselona Yay Olimpiya Oyunlarına 1992-ci ilin məhz bu günü komanda şəklində qatılmışdıq. Qarşıdakı olimpiadada bizim medallarımız da, uğurlarımız da olacaq. Bizə lazım olan Azərbaycan xalqının dəstəyidir".