logo

Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

16:46 13-07-2021 | icon 1099
Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb, 133 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 337 min 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 873 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib. Aktiv xəstə sayı 1595 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 867 min 916 test aparılıb. Bugünkü test sayı isə 9365-dir.